Ertem Şener: "Qarabağ" hamını bir-birinə bağlayır
"Qarabağ" hamını bir-birinə bağlayır".
Ajans.az xəbər verir ki, bunu Türkiyəli futbol şərhçisi Ertem Şener sosial şəbəkə hesabında ötən gün UEFA Çempionlar Liqasının ümumi mərhələsində keçirilmiş "Qarabağ" - "Çelsi" matçı (2:2) ilə bağlı paylaşımında yazıb.
O, deyib: "Bu peşədə 30 il olmağıma baxmayaraq, Bakıda Çempionlar Liqasında "Qarabağ" - "Çelsi" matçında yaşadıqlarım təsvirolunmaz idi. Anlatmaq olmaz, yaşamaq lazımdır. "Qarabağ" hamını bir-birinə bağlayır. Sevgiləri sürətlə yayır", - deyə o, paylaşımında vurğulayıb.
Mövzular: