Reklam resmi
Reklam resmi

MN-dən ÇAĞIRIŞ: TƏŞVİŞƏ DÜŞMƏYİN!

MN-dən ÇAĞIRIŞ: TƏŞVİŞƏ DÜŞMƏYİN!
Cəmiyyət
587

Pirəkəşkül və Ağdərədə 3-7 noyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib.

Mövzular:
Müdafiə Nazirliyi xəbərdarlıq

Digər Xəbərlər