İdarəetmədən çıxan motosiklet aşdı - Yaralanan var
Mingəçevirdə idarəetmədən çıxan motosiklet aşıb.
Ajans.az unika-a istinadən xəbər verir ki, hadisə Əşya bazarı yaxınlığında baş verib. İdarəetmədən çıxan motosikletin qəzaya düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü motosikletçi Vüsal Quliyev xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mövzular: