Reklam resmi
Reklam resmi

Narkotik təsiri altında avtomobil idarə etdi- SAXLANILDI

Narkotik təsiri altında avtomobil idarə etdi- SAXLANILDI
Cəmiyyət

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Volksvagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı Rəfael Fərmanov saxlanılıb.

Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu bildirilir. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu da məlum olub.

R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Mövzular:
Narkotik avtomobil sürücü nəqliyyat

Digər Xəbərlər