"Taksilərdən bezmişik!" - "20 Yanvar"da XAOS
Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyasının ətrafında yaşanan xaos sakinləri narahat edir.
Ajans.az xəbər verir ki,bu barədə Baku TV-nin sujetində bildirilib.
Ərazidə fəaliyyət göstərən taksi sürücülərinin sərnişin götürmək üçün səbəb olduğu səs-küy, həmçinin burada sıxlıq yarandığına görə rahat hərəkətin çətinləşməsi vətəndaşların narazılığına səbəb olur.
"Taksilərin əlindən bezmişik, evimizə gedə bilmirik", "Maşına məcbur oturdub aparırlar", - deyə sakinlər vəziyyətdən narazı olduqlarını bildirirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Mövzular: