Reklam resmi
Reklam resmi

İslam Rzayevin müavinləri də saxlanıldı- DTX-dən əməliyyat

İslam Rzayevin  müavinləri də saxlanıldı- DTX-dən əməliyyat
Kriminal

Xəbər verdiyimi kimi, Balakən Rayon İcra Hakimiyyətinin başçısı saxlanılıb.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Ajans.az xəbər verir ki, saxlanılanlar arasında icra başçısının müavinləri, rayonun baş memarı da var.

Onlar korrupsiya cinayətlərində ittiham olunur. Saxlanılan şəxslərin siyahısı hələlik məlum deyil.

Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Mövzular:
balakən icra dtx

Digər Xəbərlər