Reklam resmi
Reklam resmi

Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağı

Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağı
Gündəm

Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", - paylaşımda qeyd olunub.

Mövzular:
Bakı Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyəti 102-ci ildönümü

Digər Xəbərlər