Qəbələdə ağır qəza- PİYADA ÖLDÜ
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb.
Ajans.az xəbər verir ki, dünən saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində İslam İsbəndiyarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyada, 59 yaşlı Elmira Əhmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Mövzular: