Reklam resmi
Reklam resmi

28 yaşlı kişi kəsici alətdən xəsarət aldı

28 yaşlı kişi kəsici alətdən xəsarət aldı
Hadisə

Gəncə sakini kəsici alətdən xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıyev prospekti ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S.Əliyevin qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

28 yaşlı kişinin hansı şəraitdə xəsarət alması məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
xəsarət hadisə araşdırma

Digər Xəbərlər