Gəncədə avtomobil piyadanı vurub öldürdü
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1956-cı il təvəllüdlü Natiq Bağırovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis cəlb edilib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Mövzular: