10 yaşlı uşağı maşın vurdu - Vəziyyəti ağırdır
Beyləqanda 10 yaşlı uşağı minik maşını vurub.
Ajans.az xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.
Belə ki, Rasim Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçən 2015-ci il təvəllüdlü Salahlı Adəm Rövşən oğlunu vurub. Piyada A.Salahlı müxtəlif dərəcəli xəsarətlər alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Mövzular: