Reklam resmi
Reklam resmi

Mirzoyan Fransa Senatının sədri ilə Azərbaycanla sülhü müzakirə edib

Mirzoyan Fransa Senatının sədri ilə Azərbaycanla sülhü müzakirə edib
Siyasət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fransa Senatının sədri Jerar Larşe Parisdə keçirilən görüş zamanı Cənubi Qafqazdakı son hadisələri və Azərbaycanla sülh prosesini müzakirə ediblər.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Mirzoyan görüş zamanı regionda sülh şəraitində inkişaf perspektivləri və Ermənistanın mühüm kommunikasiya mərkəzinə çevrilməsi potensialını təqdim edib. Nazir bu məqsədlərin həyata keçirilməsi yolları barədə öz baxışlarını bölüşüb.

Tərəflər, həmçinin, Ermənistan və Fransa arasında strateji tərəfdaşlığın inkişafını müzakirə edərək, münasibətlərin dinamik şəkildə genişləndiyini və əsas sahələrin hamısını əhatə etdiyini vurğulayıblar. Görüş zamanı yaxın gələcək üçün birgə planlar da nəzərdən keçirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Azərbaycan Fransa Jerar Larşe Ararat Mirzoyan

Digər Xəbərlər