Reklam resmi
Reklam resmi

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinin yeni hakimləri

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinin yeni hakimləri
Siyasət
356

Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Ajans.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı müvafiq qərar səsverməyə qoyularaq qəbul edilib.

Həmçinin, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Zaur oğlu Hümbətov, Bakı İnzibati Məhkəməsinin hakimləri Həmid Azər oğlu Ağalarov, Fərid İlham oğlu Mədətli, Günel Arif qızı Sevdimalıyeva və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Qasımov Vidadi Kamal oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.

Bundan əlavə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər.(mənbə: modern)

Mövzular:
Sumqayıt təyinat məhkəmə hakim

Digər Xəbərlər