Reklam resmi
Reklam resmi

Bakı metrosunda sərnişin öldü

Bakı metrosunda sərnişin öldü
Hadisə

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-dən Ajans.az-a verilən məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

"Bakı Metropoliteni adından mərhumun ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"- qurumun məlumatında deyilir. 

Mövzular:
"Bakı Metropoliteni" QSC Ölüm "Nərimanov" stansiyası

Digər Xəbərlər