Reklam resmi
Reklam resmi

Azərbaycan bazarlarında TƏHLÜKƏ - xəstə heyvan SATILIR?

Azərbaycan bazarlarında TƏHLÜKƏ - xəstə heyvan SATILIR?
Cəmiyyət

Şəkinin mal-qara bazarında xəstə halda, iri və xırdabuynuzlu heyvanların satılması ilə bağlı iddialar yayılıb.

Ajans.az xəbər verir ki,  həmin ərazi 2007-ci ildən fəaliyyət göstərir və burada aktiv şəkildə mal-qara satışı həyata keçirilir. 

Lakin alıcı və satıcıları narahat edən problemlərdən biri də dezinfeksiya hovuzunun olmamasıdır. Əsas məsələ isə, camaatın çoxunun xəstə halda heyvanları almasıdır. Sakinlər bildirirlər ki, baytarlıq idarələri, aidiyyəti qurumlar  vəzifələrini düzgün icra etmirlər. Ona görə də, bütün əziyyət fermerlərin üzərinə düşür. 

Bazara hər gün satış üçün digər rayonlardan mal-qara, qoyun-quzu gətirilir. Kəndli hər birinə nəzarət edə bilmir. Fermerlər öz hesablarına peyvəndləmə aparır, xəstə heyvanlar təcrid olunur.

Məsələ ilə bağlı  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğuya cavab vermədi.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Zərif Sofiyeva
Mövzular:
Şəkinin mal-qara bazarı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Təhlükə Xəstə mal-qara

Digər Xəbərlər