Reklam resmi
Reklam resmi

Gəncədə 25 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Gəncədə 25 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə

Gəncədə 25 yaşlı gənc bıçaqlanıb.

Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü A. Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Mövzular:
Gəncə 25 yaşlı gənc bıçaqlanma hadisəsi

Digər Xəbərlər