Qubada ayı hücumu olub, xəsarət alan var - YENİLƏNİB
Qubada ayı təsərrüfat sahibinə hücum edib.
Ajans.az-ın məlumatına görə, hadisə ronunun Qonaqkənd qəsəbəsində baş verib.
Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yayalaqda otararkən ayının hücumuna məruz qalıb.
Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərüfatlara zərər verib.
Mövzular: