Psixoloqa daha çox kim müraciət edir? Qadınlar yoxsa kişilər?
Hazırki dövrdə reallaşmayan məsələlər, maddi-mənəvi çətinliklər, gərginlik, təklik, yorğunluq kimi hisslər insan psixologiyasında dərin izlər qoyur. Nəticədə müxtəlif yaş qruplarında olan şəxslərin psixoloqa müraciət etmək ehtiyacı yaranır.
Ajans.az saytının baş redaktoru Tural Müseyibov psixoloq Ülviyyə Murtuzova ilə mövzunu müzakirə edib.
Ülviyyə Murtuzova bildirib ki, indiki dövrdə psixoloqa müraciət edən qadın və kişilərin sayı demək olar ki, bərabərdir. Çünki qadınların yaşadığı problemlərin yükünü kişilər çəkir. Lakin daha çox yük yenə də qadınların üzərində olur.
Onun sözlərinə görə, xanımlar bəzən istəmədən də psixoloji gərginliyin içinə daxil ola bilirlər. Psixoloji problemi olan şəxsin özündən çox ailəsi və yaxınları əziyyət çəkir.
Ülviyyə Murtuzova onu da qeyd edib ki, qadınlarda psixoloji problemlər çox saydadır. Nümunə olaraq, analıq statusu, karyera və təhsil yolunda fədakarlıqlar, öz ayaqları üzərində dayanmağı bacaran güclü xanım obrazını yaratmaq, natamamlıq və yetərsizlik kompleksi, panikataklar, gərgin depressiya, obsessiv-kompussiv pozulmalar və digərləri aid ola bilir.
Ümumilikdə, dünya statistikasında ən çox psixoloji problemləri yaşayan şəxsləein məhz, qadınlar olduğu əks edilib.
View this post on Instagram