Reklam resmi
Reklam resmi

19 yaşlı oğlan qətlə yetirilib - YENİLƏNİB

19 yaşlı oğlan qətlə yetirilib - YENİLƏNİB
Hadisə

Abşeronda ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Abşeron rayon prokurorluğundan Ajans.az-a verilən məlumata görə, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    ***

    Xırdalan şəhərində qətl hadisəsi baş verib.

    Ajans.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Elmir Şakir oğlu Qədirov şəhər ərazisindəki parkda bıçaqlanaraq qətlə yetirilib.

    Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Mövzular:
    parkda bıçaqlanma qətl hadisəsi

    Digər Xəbərlər