Reklam resmi
Reklam resmi

Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub

Azərbaycan səfərdə Ukrayna millisinə məğlub olub
İdman

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.

Ajans.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, Fransa millisi 10 xalla D qrupunun lideridir. Ukrayna 7 xalla ikinci pillədə qərarlaşıb. 4 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

Mövzular:
Futbol dünya çempionatı idman

Digər Xəbərlər