Reklam resmi
Reklam resmi

"Mənəvi dəyərlər həftəsi"nin iştirakçıları Şuşada olublar - YENİLƏNİB

\"Mənəvi dəyərlər həftəsi\"nin iştirakçıları Şuşada olublar - YENİLƏNİB
Gündəm

Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər həftəsi" davam edir.

Ajans.az-ın məlumatına görə "Mənəvi dəyərlər həftəsi" çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri mədəniyyət paytaxtı Şuşa şəhərində yerləşən bir sıra tarixi, dini və mədəni abidələri ziyarət ediblər.

Onlar işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yaşayış infrastrukturunun yenidən qurulması, məscidlərin, ziyarətgahların və digər dini-mədəni obyektlərin restavrasiyası barədə məlumat alıblar.

Qeyd edək ki, tədbir iştirakçıları həmçinin Qarabağ Universitetində olacaq, Xocalı rayonunun Ballıca kəndində Universitet tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.

Lahiyə iştirakçıları daha sonra Laçına səfər edəcək, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, eyni zamanda Ağdam "Cümə" məscidini, Ağdam İmarət Kompleksini və Bərdə rayon "İmamzadə" məscidini ziyarət edəcəklər.

Mövzular:
Qarabağ Vətən müharibəsi "Mənəvi dəyərlər həftəsi"

Digər Xəbərlər