Reklam resmi
Reklam resmi

Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət

Azərbaycanın rayonlarında oktyabrın 13-də bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mövzular:
leysan rayon hava Bakı sel çay

Digər Xəbərlər