Reklam resmi
Reklam resmi

Heydər Əliyev Hava Limanında QALMAQAL

Heydər Əliyev Hava Limanında QALMAQAL
Hadisə
2636

Bakıdan İstanbula uçmalı olan sərnişinlər 30 saatdan artıq gözləmə səbəbindən Heydər Əliyev Hava Limanında əsir vəziyyətində qalıblar.

Ajans.az Baku_Report səhifəsinə istinadən xəbər verir ki,gecikmə ilə bağlı rəsmi və aydın izahat verilmədiyini bildirən sərnişinlər, bu müddət ərzində nə yemək, nə də su ilə təmin olunduqlarını deyirlər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə uşaqlı ailələrin, yaşlı və xəstə insanların ciddi çətinliklərlə üzləşdiyi, bəzi sərnişinlərin isə hava limanı əməkdaşları ilə mübahisə etdiyi açıq şəkildə görünür.

Məsələ ilə bağlı nə hava limanından, nə də reysi həyata keçirən hava yolu şirkətindən hələlik rəsmi açıqlama verilməyib.

Mövzular:
Heydər Əliyev Hava Limanı qalmaqal

Digər Xəbərlər