Reklam resmi
Reklam resmi

ATƏT-in sədri Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək

ATƏT-in sədri Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək
Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen 13–15 oktyabr tarixlərində Azərbaycana, Ermənistana və Gürcüstana rəsmi səfər edəcək.

Ajans.az xəbər verir ki,səfər çərçivəsində o, hər üç ölkədə yüksək səviyyəli hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri ilə görüşlər keçirəcək.

Səfərin gündəliyinə Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişin müzakirəsi daxildir. Xüsusi olaraq, ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların başa çatdırılması məsələlərinə diqqət yetiriləcək.

Elina Valtonenin Gürcüstana səfəri zamanı ölkənin daxili və xarici çağırışları, eləcə də ATƏT-in 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin nəticələrini aradan qaldırmaq məqsədilə dəstəklədiyi Cenevrə Beynəlxalq Müzakirələrinin davam etdirilməsi mövzuları ön planda olacaq.

Qeyd edək ki, Finlandiya 2025-ci ildə ATƏT-ə sədrlik edəcək ölkə olaraq vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsi üçün əlverişli mühitin qorunmasına və gücləndirilməsinə xüsusi önəm verir. Bu prioritet Valtonenin səfəri boyunca da diqqət mərkəzində olacaq.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan Ermənistan Gürcüstan

Digər Xəbərlər