Putin: AZAL təyyarəsinin pilotuna Mahaçqalaya eniş təklif olunmuşdu
Rusiya prezidenti Vladimir Putin bildirib ki, 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin pilotuna Mahaçqalaya eniş etməyi təklif ediblər. Lakin ekipaj öz hava limanına qayıtmağa və oradan Qazaxıstana yönəlməyə üstünlük verib.
Ajans.az xəbər verir ki,bu barədə Putin Azərbaycan prezidenti İlham Əliyevlə Düşənbədə keçirilən görüş zamanı danışıb:
“Ona Mahaçqalaya eniş etməyi təklif ediblər və bu, ‘qara qutular’da aydın şəkildə eşidilir. Lakin o, öz doğma hava limanına, oradan da Qazaxıstana qayıtmaq qərarına gəlib”, – deyə Rusiya lideri vurğulayıb.Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus Embraer 190 sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Mövzular: