Reklam resmi
Reklam resmi

Bakı aeroportunda ƏMƏLİYYAT: Görün nə TAPILDI

Bakı aeroportunda ƏMƏLİYYAT: Görün nə TAPILDI
Cəmiyyət
1516

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ajans.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Mövzular:
qızıl Baş Gömrük İdarəsi gömrük

Digər Xəbərlər