Reklam resmi
Reklam resmi

“Qarabağ” “Çelsi” ilə hansı stadionda oynayacaq? - RƏSMİ

“Qarabağ” “Çelsi” ilə hansı stadionda oynayacaq? - RƏSMİ
İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.

Ajans.az Baku.vs-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev açıqlamasında bildirib ki, iddialar əsassızdır.

"Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.

Mövzular:
Qarabağ UEFA Çempionlar liqası Çelsi

Digər Xəbərlər