Bakıda yaşayış binasında dəhşətli yanğın- Zəhərlənənlər var
Yanğın nəticəsində 2 nəfər tüstüdən zəhərlənib.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Hadisə Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasında qeydə alınıb.
Belə ki, binanın zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: