Reklam resmi
Reklam resmi

"Mercedes" ağaca çırpıldı - Sürücü öldü (FOTO)

\"Mercedes\" ağaca çırpıldı - Sürücü öldü (FOTO)
Hadisə

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki,  Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Mövzular:
Bakı Quba Qəza hadisə

Digər Xəbərlər