Yüksək səviyyəli dəyirmi masada bu mövzular müzakirə olunacaq
Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.
Ajans.az xəbər verir ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
* Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası; * Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi; * Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması; * Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi; * Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.
Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.