Reklam resmi
Reklam resmi

"Fənərbağça" Fransa klubunu 2:1 hesabı ilə MƏĞLUB ETDİ

\"Fənərbağça\" Fransa klubunu  2:1 hesabı ilə MƏĞLUB ETDİ
İdman

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun növbəti oyunları keçiriləcək.

Ajans.az xəbər verir ki, İstanbul təmsilçisi “Fənərbaxça” Fransanın “Nitsa” klubu ilə qarşılaşdı. 

“Fənərbaxça” doğma meydanda Fransanın “Nitsa” klubunu 2:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasında ilk xallarını qazanıb. 

Çobani Stadionunda keçirilən qarşılaşmaya sürətli başlayan Fənərbaxça 3-cü dəqiqədə Kerem Aktürkoğlunun qolu ilə önə keçib.

Hücumlarını davam etdirən sarı kanariyalılar 25-ci dəqiqədə Kərəmin daha bir qolu ilə fərqi ikiyə çatdırıb. "Fənərbaxça" üstün oyununu davam etdirdi, lakin 34-cü dəqiqədə "Nitsa"ya penalti qazandıran dəqiq şanslardan istifadə edə bilmədi. Fransa yığması 37-ci dəqiqədə Karlosun qolu ilə fərqi 1-ə çatdırıb. "Fənərbaxça" soyunub-geyinmə otağına 2-1 öndə getdi.

İkinci hissəyə yavaş tempdə başlayan Fənərbaxça topa sahibliyi rəqibinə buraxmadı. Oyunun qalan hissəsində üstün olan Fənərbaxça 2-1 qalib gəlib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Fənərbağça futbol klub səfər oyun Fransa

Digər Xəbərlər