Reklam resmi
Reklam resmi

Qiymətlərin artımı bu şəxslərin MAAŞLARINA TƏSİR EDƏCƏK

Qiymətlərin artımı bu şəxslərin MAAŞLARINA TƏSİR EDƏCƏK
Cəmiyyət

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər sırasında növbəti addım atılıb. İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi.

Artıq bu gündən ( 1 oktyabr) metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik hesablanacaq. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

Bəs qiymət artımı nəqliyyatda hansı dəyişikliklərə səbəb olacaq?    Məsələ ilə bağlı  iqtisadçı Akif Nəsirli Ajans.az-a açıqlama verib. 

O bildirib ki, qiymət artımı əsasən sərnişin daşıyan şirkətlərin gəlirlərinin artmasına yönəlib. Bu, yanacaq qiymətlərinə birbaşa təsir etmir, çünki benzin və dizelin qiymətini dövlət və bazar tənzimləyir. Amma dolayı yolla təsir mümkündür. Yəni daha çox gəlir əldə edən daşıyıcılar yanacaq xərclərini daha rahat qarşılaya bilərlər.

Ekspertin sözlərinə görə, rəsmi izahlarda qiymət artımının məqsədi xidmətin yaxşılaşdırılması, avtobus parkının yenilənməsi, sürücülərin maaşlarının artırılması kimi göstərilir. Əgər əlavə gəlirlər həqiqətən buna sərf olunarsa, sərnişinlər daha təmiz, rahat və təhlükəsiz avtobuslardan istifadə edə bilərlər. Amma keçmiş təcrübədə bəzən qiymət artımı xidmət keyfiyyətinə eyni dərəcədə əks olunmayıb.

Akif Nəsirli qeyd edib ki, bu, əhalinin gəlir səviyyəsindən asılıdır. Əgər qiymət artımı çoxlarını cibinə ağır gələrsə, bəzi insanlar şəxsi maşına, taksiyə və ya piyada getməyə üstünlük verə bilər – bu halda ictimai nəqliyyatda sıxlıq bir qədər azala bilər. Amma Bakı kimi böyük şəhərlərdə alternativlər çox məhdud olduğundan insanların böyük əksəriyyəti yenə avtobus və metrodan istifadə etməyə məcbur qalacaq. Bu halda sıxlıqda ciddi azalma olmayacaq, əksinə, metroya yönələnlərin sayı arta bilər.

author picture
Zərif Sofiyeva
Mövzular:
Gediş haqları Artım maaşlar

Digər Xəbərlər