Dörd uşaq və bir qoca canavarlar tərəfindən parçalanıb
Hindistanın Uttar-Pradeş ştatında canavarlar dörd uşağı və bir qocanı parçalayıb.
Ajans.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat dərc edib.
"Yırtıcı heyvanlar Mjara-Taukli və onlarla kəndin ətrafında gəzir. Sentyabrın 9-dan 30-a qədər ərazidə altı nəfər, o cümlədən dörd uşaq və bir qoca ölüb", - hesabatda deyilir.
Bildirilir ki, canavarların hücumu nəticəsində azı 20 kənd sakini yaralanıb.
Mövzular: