Reklam resmi
Reklam resmi

İnformasiya sorğusu qısa zamanda TƏMİN EDİLMƏLİDİR

İnformasiya sorğusu qısa zamanda TƏMİN EDİLMƏLİDİR
Cəmiyyət

İnformasiya əldə etmək hüququ insan hüquq və azadlıqlarının ayrılmaz hissəsidir. Dünyada və ölkədə baş verən proseslərdən xəbər tutmaq, insanlar üçün maraqlı və əhəmiyyətli olan, ictimai mühitə təsir göstərən bütün hadisə və faktlar barədə məlumatlı olmaq vətəndaşların əsas ehtiyaclarındandır.

Ajans.az xəbər verir ki, 2015-ci il noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 28 sentyabr tarixini Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan etmişdir və 2025-ci ildə bütün dünyada bu əlamətdar günün elan olunmasının 10 illiyi qeyd edilir.

İnformasiya əldə etmək hüququnun müdafiəsi və təmini Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Azərbaycan Respublikası Konstitusiyasında və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin prioritet istiqamətlərindəndir.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

İnformasiya əldə etmək hüququnun təşviqinin əhəmiyyətini nəzərə alaraq, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun təbliği və müvafiq hüquqla bağlı nəzəri biliklərin və məlumatlılığın artırılması məqsədilə Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququ ilə bağlı videoçarx hazırlanıb. Videoçarxda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn müddəalar, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri haqqında və Ombudsmanın müvafiq protokol tərtib etmək səlahiyyətlərini əks etdirən məlumatlara yer verilib.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
İnformasiya əldə etmək hüququ Sorğular Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

Digər Xəbərlər