DTX rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTOLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
Ajans.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət etmiş, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Mövzular:

