Reklam resmi
Reklam resmi

Əli Əsədov Co Yul Kimlə GÖRÜŞÜB

Əli Əsədov  Co Yul Kimlə GÖRÜŞÜB
Siyasət

Baş nazir Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb

Ajans.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanda ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-prinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Ə.Əsədov idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə danışıb.

Söhbət zamanı həmçinin Azərbaycanda qış idman növlərinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib, bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mövzular:
Əli Əsədov Co Yul Kim Görüş

Digər Xəbərlər