Reklam resmi
Reklam resmi

Əli Nağıyevdən xüsusi xidmət orqanları ilə bağlı açıqlama

Əli Nağıyevdən xüsusi xidmət orqanları ilə bağlı açıqlama
Cəmiyyət
517

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev qeyd edib ki, beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında terror hücumları, silahlı münaqişələr, texnogen qəzalar və ekoloji fəlakətlər xüsusi yer tutur.

Ajans.az xəbər verir ki, DTX rəisi 3-cü Bakı Təhlükəsizlik Forumunda çıxış edərək bildirib ki, bu kimi təhlükələrin qarşısının alınmasında xüsusi xidmət orqanlarının mühüm rol oynayır.

Əli Nağıyev vurğulayıb ki, Humanitar böhranlar zamanı səmərəli nəticənin əldə edilməsi kompleks yanaşma və dövlət qurumları, o cümlədən təhlükəsizlik orqanları və xarici tərəfdaşlar arasında effektiv qarşılıqlı fəaliyyətin qurulması sayəsində mümkün olur.

Bu kontekstdə təbii fəlakətlərin, texnogen qəzaların və silahlı toqquşmaların əlamətləri, habelə kritik infrastrukturlara kiber və fiziki müdaxilənin edilməsi barədə niyyət və ya cəhdlərin erkən mərhələdə müəyyənləşdirilməsi olduqca vacibdir. 

Göründüyü kimi, humanitar böhranların qarşısının alınmasında təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır. Kəşfiyyat və əks-kəşfiyyat məlumatlarının əldə edilməsi və mübadiləsi, erkən xəbərdarlıq, strateji planlaşdırma, təşkilati-hüquqi mexanizmlərin inkişafi və humanitar strukturlarla koordinasiyalı fəaliyyət sahələrini də əhatə edir.

Təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin düzgün təşkili yalnız fövqəladə halların nəticələrini azaltmaqla məhdudlaşmır, eləcə də humanitar tədbirlərin həyata keçirilməsinə dəstək verməklə həm vətəndaşların rifahının yaxşılaşdırılması, həm də dövlətin təhlükəsizlik və legitimlik maraqlarının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.

Mövzular:
DTX rəisi beynəlxalq təhlükəsizlik sistemi

Digər Xəbərlər