Reklam resmi
Reklam resmi

Bakıda yaşayış binasında yanğın: Onlarla sakin təxliyə edildi

Bakıda yaşayış binasında yanğın: Onlarla sakin təxliyə edildi
Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən  Ajans.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin on birinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində binanın 25 sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.

author picture
Tərlan Əmrahova
Mövzular:
Fövqəladə Hallar Nazirliyi Bakı Yasamal rayonu

Digər Xəbərlər