Avtomobil piyadanı vuraraq öldürüb - Bu şəhərdə...
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.
Ajans.az APA-ya istinadən xəbər verir ki,hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
"VAZ 2107" markalı avtomobil Sabirabad rayonunun Yaxa Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Zeynəb Elçin qızı Qarayevanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: