Məşhur jurnalist bəraət aldı
Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece Ünerin sosial şəbəkədəki paylaşımına “FETÖ əməliyyatının uşaqlarının reputasiya sui-qəsdlərindən bezdim” şərhinə görə 2 ilə qədər həbs tələbi ilə üzləşdiyi cinayət işi üzrə hökm açıqlanıb.
Ajans.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ece Ünerin "Ədalətli mühakiməyə təsir etməyə cəhd" ittihamı ilə 50 gündən az olmamaq şərti ilə pul cəzasına və "Dövlətin məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilirdi.
Mövzular: