Reklam resmi
Reklam resmi

Binəqədidə sexin döşəməsi çökdü - Qadın öldü

Binəqədidə sexin döşəməsi çökdü - Qadın öldü
Hadisə
454

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzular:
Bakı Binəqədi rayonu sexin döşəməsi çökdü Qadın ölüm

Digər Xəbərlər