Reklam resmi
Reklam resmi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Məlumat yayıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Məlumat yayıb
Cəmiyyət

Bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bu haqda Ajans.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar:

"Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməli, piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər".

Mövzular:
24 min 519 piyada Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

Digər Xəbərlər