Qurban Qurbanov “Benfika” ilə oyun haqqında AÇIQLAMA VERDİ
“Burada olmaq bizim üçün çox xoşdur”.
Ajans.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Benfika” ilə keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur oyunundna öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis oyuna istədikləri kimi hazırlaşa bilmədiklərini söyləyib: “Hər bir halda yetərincə təcrübəmiz var, inanıram ki, futbolçular özlərinin ən yaxşı oyunlarını oynayacaqlar. Burada çıxış etmək hər birinin arzusu idi”.
Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mövzular: