Reklam resmi
Reklam resmi

Gənclər şəhərciyində bir mənzildə YANĞIN BAŞLADI

Gənclər şəhərciyində bir mənzildə YANĞIN BAŞLADI
Hadisə

Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzillərin birində yanğın başlayıb.

Ajans.az xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Hadisə nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib. Əraziyə dərhal təcili yardım əməkdaşları cəlb olunub. 

Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya aparılıb.

Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Yanğın bina Mehdiabad

Digər Xəbərlər