Saatlıda dələduzluq edən sabiq vəzifəli şəxs HƏBS OLUNDU
Saatlı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sarıcalar bələdiyyəsinin sabiq sədri Arif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ajans.az Oxu.az-a istinadən xəbər verir ki,prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məhərrəmov 2 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, Arif Məhərrəmov iki kənd sakinindən bələdiyyəyə məxsus torpaq sahələrinin sənədləşdirilməsini həll edəcəyinə söz verib və onlardan 2000-2500 manat alıb və həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.
Mövzular: