Suvarma kanalında kişi meyiti AŞKARLANDI - Bu rayonda...
Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Ajans.az APA-ya istinadla xəbər verir ki, Salyan rayonunun Yenikənd kəndində suvarma kanalında aşkar edilən kişi meyitinin kimə məxsus olduğu məlum olub. Cəsəd Salyan sakini, 2006-cı il təvəllüdlü Babaşzadə Ramil Əhməd oğluna aiddir.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: