Reklam resmi
Reklam resmi

Füzuli və Xocavənddə yanğın törədənlər cəzalandırıldı

Füzuli və Xocavənddə yanğın törədənlər cəzalandırıldı
Cəmiyyət

Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

 DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ajans.az-a bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Mövzular:
DİN Yanğınlar Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsi

Digər Xəbərlər