Reklam resmi
Reklam resmi

Ukrayna millisinin qapıçısı Azərbaycanla heç-heçə nəticələnən oyunu “biabırçılıq” adlandırıb

Ukrayna millisinin qapıçısı Azərbaycanla heç-heçə nəticələnən oyunu “biabırçılıq” adlandırıb
İdman

Ukrayna milli komandasının qapıçısı Anatoli Trubin 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə keçirilən oyunun nəticəsini kəskin şəkildə tənqid edib.

Ajans.az xəbər verir ki,bu barədə “Tribuna” nəşri məlumat yayıb.

Oktyabrın 9-da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Trubin oyunun nəticəsini şərh edərkən bildirib ki, belə rəqiblərə qarşı qələbə qazanmaq vacibdir və bu cür heç-heçə Ukrayna komandası üçün “biabırçılıqdır”.

“Bu, çox, çox pisdir, çünki belə matçlarda qalib gəlmək, belə rəqibləri məğlub etmək lazımdır. Nəyin və necə olmasının əhəmiyyəti yoxdur”, – deyə Trubin vurğulayıb.

Milli komandanın qapıçısı həmçinin hər bir futbolçunu öz oyununu ciddi şəkildə təhlil etməyə və qarşıdakı toplanışa ciddi yanaşmağa çağırıb.

“Növbəti təlim-məşq toplanışı həlledici olacaq”, – deyə o əlavə edib.

İki turdan sonra Ukrayna millisi D qrupunda cəmi bir xalla üçüncü yerdə qərarlaşıb ki, bu da komandanın dünya çempionatına vəsiqə şanslarını ciddi şəkildə sual altına alır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna millisi Anatoli Trubin

Digər Xəbərlər