Reklam resmi
Reklam resmi

Sumqayıtda avtoxuliqanlıq edən şəxslər həbs edildi - VİDEO

Sumqayıtda avtoxuliqanlıq edən şəxslər həbs edildi - VİDEO
Hadisə

Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar.

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanov avtomobil idarə edən zaman piyada, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Mövzular:
Sumqayıt Dövlət Yol Polisi Şöbəsi Avtoxuliqanlıq Daxili İşlər Nazirliyi

Digər Xəbərlər