Ajans.az xəbər verir ki, bu gün turnirin final matçı keçirilib.

Türkiyə millisi həlledici dueldə İtaliya seçməsi ilə qarşılaşıb.

Qarşılaşma 3-2 (25:23, 13:25, 26:24, 19:25, 15:8) hesabı ilə başa çatıb.

Üçüncü yer uğrunda görüşdə Braziliya yığması Yaponiya komandasına 3-2 hesabı ilə qalib gəlib.

Bununla da, Türkiyə millisi tarixində ilk dəfə dünya çempionatının gümüş medalını qazanıb.